Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

04.10.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yunanıstan 997-1014-cü illərdə Bolqarıstan çarlığını idarə etmiş çar Samuilin qalıqlarını Bolqarıstana təhvil verib.
Bizim.Media xəbər verir ki, bu barədə ERT News məlumat yayıb.
Təhvilvermə iki ölkə arasında mədəni mübadilə haqqında razılaşma çərçivəsində baş tutub. Razılaşmaya əsasən, Bolqarıstan Birinci Dünya müharibəsi zamanı Yunanıstandan çıxarılmış 48 qiymətli tarixi əşyanı geri qaytarır.
 

Mərasim Salonikidəki Bizans Mədəniyyəti Muzeyində keçirilib. Sənədlər Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin və Bolqarıstan prezidenti Rumen Radevin iştirakı ilə imzalanıb.


Yunanıstana qaytarılacaq əşyalar 1917-ci ildə Sofiyaya aparılıb və o vaxtdan Bolqarıstanda saxlanılıb.
Əşyalar noyabrın 5-dək Bizans Mədəniyyəti Muzeyində nümayiş etdiriləcək, daha sonra aid olduqları monastır və mitropoliyalara qaytarılacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью