Yunanıstan Egey adalarını İsrail PUA ları ilə qoruyacaq | Icma.az
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türk müdafiə sənayesinin Avropa Birliyinin dron divarı layihəsinə qoşulmasına veto qoyan Yunanıstan İsrail dronlarına möhtac qalıb.
Reyting.az Yunanıstanın "Kathimerini" nəşrinə istinadla bildirir ki, İsrail Yunanıstandakı Egey adalarına “killer dron” tipli pilotsuz uçuş aparatlarını (PUA) əhatə edən hava müdafiə sistemlərini təklif edib.
Qəzet yazır ki, İsrail rəsmi Afinaya uzun müddətdir müzakirə olunan “Spyder All in One” hava müdafiə sisteminə əlavə olaraq adalar bölgəsinin mürəkkəb coğrafi quruluşuna uyğun əlavə sistemlər təklif edir.
İsrailin bu çərçivədə Yunanıstana, PUA müdafiə sistemi kimi də istifadə oluna biləcək lazer sistemləri vermək istəyir.
Yunanıstan Silahlı Qüvvələrinin bu təklifi qiymətləndirdiyi bildirilir.
İsrail şirkətlərinin bununla yanaşı, üzərində yaşayış olmayan kiçik adalarda belə asanlıqla istifadə edilə biləcək, batareya ilə işləyən, məlumat toplaya bilən sistemlər təklif edir.ELÇİN Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu