Yunanıstan Egey dənizinin cənub şərqində dron uçuşlarını qadağan edib

22.09.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Buxarest, 22 sentyabr, AZƏRTAC

Yunanıstan Egey dənizinin cənub-şərqində yerləşən bir sıra adaların üzərində pilotsuz uçuş aparatlarının hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

AZƏRTAC xəbər verir ki, bir neçə müvəqqəti məhdudlaşdırılmış hava məkanı müəyyənləşdirilib.

Məhdudiyyətlər əsasən Karpatos və Kasos adalarını, eləcə də onların yaxınlığında yerləşən Sariya və Armatia kiçik adalarını əhatə edir. Qadağa oktyabrın 31-dək hər gün saat 07:00-dan 19:00-dək qüvvədə olacaq.

Qərara əsasən, Karpatos adasındakı Olimpos, Aperi və Arkasa əraziləri, Kasos adasının bütün ərazisi, həmçinin hər iki adanın hava limanları ətrafındakı hava məkanı xüsusi nəzarət zonasına daxil edilib.

Qadağa yer səthindən təxminən 122 metr hündürlüyədək olan hava məkanına şamil edilir. Bu, adi mülki dronların uçuşları üçün müəyyən edilmiş maksimal hündürlük həddinə uyğundur.

Rəsmi bildirişlərdə məhdudiyyətlərin hansı konkret əməliyyatla əlaqədar tətbiq edildiyi açıqlanmayıb. Bununla belə, Yunanıstan mediası adaların strateji yerləşməsini və məhdudiyyətlərin xarakterini nəzərə alaraq, qərarın hərbi təlimlər və ya sərhədlərə nəzarət əməliyyatları ilə bağlı ola biləcəyini ehtimal edir.

Məlumata görə, müvafiq dövlət qurumlarının həyata keçirəcəyi uçuşlar Afina hava hərəkətinə nəzarət xidməti ilə daimi əlaqələndiriləcək. Uçuş təhlükəsizliyi baxımından zərurət yaranarsa, həmin əməliyyatlar da dərhal dayandırıla bilər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью