Yunanıstan enerji keçidində tam iştirak edir Baş nazir | Icma.az
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Yunanıstan enerji keçidində tam iştirak edir.
Milli.Az xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Bakıda COP29 sammitində çıxışı zamanı bildirib.
O "ağıllı ekoloji razılaşma"nın əldə olunmasının Avropada enerji keçidinin tarazlı təmin edilməsi üçün zəruri olduğunu vurğulayıb və liderləri həm ekoloji, həm də iqtisadi reallıqları nəzərə almağa çağırıb.
"2005-ci illə müqayisədə emissiyalarımız 45 faiz azalıb. Əvvəllər elektrik enerjisi istehsalında kömürün payı 50 faizdən çox idi, hazırda bu
Hazırda elektrik enerjimizin təxminən yarısını külək və günəş enerjisindən istehsal edirik", - deyə o qeyd edib.
K.Mitsotakis Avropa üçün dörd vacib prioritet qeyd edib: enerji keçidində kompromislərin tanınması, tənzimləmələrin çevikliyinin dəstək, Avropa enerji bazarının birləşdirilməsi və sənayenin iqlim hədəflərinə uyğunlaşmasının təmin edilməsi.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Tam oxu
Xəbəri oxu