Yunanıstan Ermənistana “S300” zenitraket kompleksləri göndərəcək AzPolitika onlayn siyasiictimai qəzet

26.11.2024

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Yunanıstan Ermənistana Rusiya istehsalı olan “S-300” zenit-raket kompleksləri, habelə quru qoşunları üçün nəzərdə tutulan “TOP-M1” və “OSA” zenit kompleksləri göndərəcək.

APA-nın xəbərinə görə, bu barədə adıçəkilən ölkənin “enikos.gr” saytı məlumat yayıb.

Bildirilib ki, sözügedən komplekslər bir qədər əvvəl Ermənistan ordusuna silah-sursat veriləcəyini bəyan edən Fransa ilə əməkdaşlıq çərçivəsində tədarük ediləcək.

Bunun əvəzində rəsmi Afina İsrail istehsalı olan komplekslərin idxalını həyata keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью