Yunanıstan ikinci turda da prezident seçə bilmədi

31.01.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Yunanıstan parlamenti səsvermənin ikinci turunda yeni prezidenti seçə bilməyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mühafizəkar hökumətin namizədi Konstantinos Tasulas 200 səs baryerinə çata bilməyib.

Seçki prosesi fevralın 6-da keçiriləcək üçüncü turla davam edəcək. Bu turda prezident seçilmək üçün 180 səs lazım olacaq.

Namizədlərdən heç biri bu rəqəmə çatmasa, seçilmək üçün lazım olan səslərin sayını 151-ə endirməklə, son tur fevralın 11-də keçiriləcək. Tasulasın yeni Demokratiya Partiyasının 300 yerlik parlamentdə 156 yer qazanması sayəsində son turda seçiləcəyi gözlənilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью