Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yunanıstan və İsrail ümumi dəyəri bir milyard avroya çata biləcək bir sıra yeni müdafiə sazişləri bağlamaq üçün fəal danışıqlar aparırlar.
Axar.az xəbər verir ki, bu barədə “İsrail hərbi kanalı” məlumat yayıb.
Tərəflər Şərqi Aralıq dənizi regionunda iki ölkə arasında hərbi-texniki tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsini nəzərdən keçirirlər.
Gündəlikdəki əsas məsələlərdən biri Yunanıstan tərəfinin İsrail istehsalı olan qabaqcıl radioelektron mübarizə sistemlərini əldə etməsidir. Bu sistemlər rəqib siqnallarını effektiv şəkildə yatırmaq və öz rabitə vasitələrini kənar müdaxilələrdən qorumaq üçün nəzərdə tutulub.
Bundan əlavə, Afina strateji hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malik olan, uzaqmənzilli LORA operativ-taktiki raket sistemlərini əldə etməkdə maraqlıdır.