Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo Yunanıstanın “AEK Afina” klubunun transfer siyahısında yer alır.
İdman.Biz xəbər verir ki, Avropa mənbələrinin məlumatına görə, Afina klubu 24 yaşlı futbolçunu ötən yaydan etibarən yaxından izləyir. “AEK”in skautinq şöbəsi Bikalonun həm Azərbaycan Premyer Liqasında, həm də Avropa turnirlərindəki çıxışları əsasında ətraflı hesabat hazırlayıb.
Bildirilir ki, “AEK” rəhbərliyində futbolçunun transferinə dair maraq realdır. Klubun serbiyalı baş məşqçisinin bu keçidi təsdiqlədiyi, mövsüm başa çatdıqdan dərhal sonra rəsmi təklif göndərməyin planlaşdırıldığı qeyd olunur. Afina təmsilçisi digər Avropa klublarını qabaqlamaq üçün prosesi sürətləndirmək niyyətindədir. Mənbələrə görə, OPAP Arena stadionunda çıxış etmək perspektivi Bikalyo üçün cəlbedici sayılır.
Bununla yanaşı, bəzi məlumatlarda futbolçunun hazırda AEK-in yarımmüdafiə üçün əsas namizədləri arasında olmadığı iddia edilir. Lakin onun adı yay transfer planlarında yüksək prioritet kimi qalır.
Qeyd edək ki, Pedro Bikalyo ötən yay Portuqaliyanın “Alverka” klubundan azad agent kimi “Qarabağ”a qoşulub. Onun klubla müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. Transfermarkt portalına əsasən futbolçunun bazar dəyəri 1,5 milyon avrodur (təxminən 3 milyon AZN). Cari mövsümdə Bikalyo Premyer Liqada 16 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib.