Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Yunanıstan sahillərində miqrantları daşıyan qayıq sahil mühafizə xidmətinin gəmisi ilə toqquşub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 14 miqrant həyatını itirib.
Faciə Egey dənizində, Xios adası yaxınlığında yaşanıb. Sərhədçilər 40-a yaxın miqrantı daşıyan qayığı aşkar etdikdən sonra onlara təslim olmaq əmri verilib. Lakin qayıq təhlükəli manevr edərkən gəmiyə çırpılıb. 24 nəfər xilas edilib. Onlardan xəsarət alanlar, həmçinin, 2 yaralı sərhədçi xəstəxanaya yerləşdirilib. Dünən axşama olan məlumata görə, yaralı miqrantlardan biri xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, miqrantların vətəndaşlığı barədə məlumat verilmir. Faktla bağlı araşdırma davam etdirilir.
L.Tağıyeva