Yunanıstan Seda Sayanı da “oğurladı” Vitrində görənlər şoka düşdü

10.08.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yunanıstanın Samos adasına istirahətə gedən Türkiyə vətəndaşı küçədə gəzərkən kosmetika mağazasının vitrinində gördüyü afişa qarşısında təəccüblənib.

“Yeni Sabah” xəbər verir ki, turist mağazanın vitrinində məşhur müğənni Seda Sayana əkizi qədər bənzəyən qadının şəklini görüb. O, həmin anları mobil telefonunun kamerası ilə lentə alıb.

Videonu çəkən qadın görüntülərdə Seda Sayana müraciət edərək deyib: Sezar pizza

“Əziz Seda bacı, Yunanıstandayıq, Samos adasına gəlmişik. Vitrində səni gördüyümü zənn etdim, amma sən deyilsənmiş. Səni də oğurlayıblar, ay bacı! Zarafat bir yana, sənə eyni dərəcədə bənzəmir?”

Qısa müddətdə sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin marağına səbəb olub.  Görüntülərin yayılmasından sonra şəkildəki şəxsin kimliyi də müəyyənləşib.

Məlum olub ki, fotodakı qadın Yunanıstanın tanınmış aparıcısı və aktrisası Katerina Kainurqiudur. Afişanın isə onun əməkdaşlıq etdiyi kosmetika markasına aid olduğu bildirilib.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью