Yunanıstan Türkiyəni hədələdi

25.07.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əgər Ankara silahın Afinaya qarşı istifadə edilməyəcəyinə zəmanət verməsə, Yunanıstan Türkiyənin Avropa İttifaqının müdafiə fonduna girişini əngəlləyə bilər."

Oxu.Az AFP agentliyinə istinadla xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis deyib.

Baş nazirin sözlərinə görə, əgər Türkiyə Yunanıstanı müharibə ilə hədələməyə davam edərsə və onun Egey dənizi üzərində suverenliyini şübhə altına alarsa, ölkəsi Türkiyənin müdafiə proqramında iştirakına imkan verməyəcək.

Qeyd edək ki, Mitsotakisin bəyanatı Almaniyanın "Eurofighter" qırıcılarının Türkiyəyə tədarükünə razılıq verməsindən sonra verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью