Yunanıstan zəlzələlərdən sonra hərəkətə keçdi FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNUB

06.02.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Yunanıstanın Santorini adasında günlərdir davam edən zəlzələlərdən sonra fövqəladə vəziyyət elan edilib.


Sherg.az BBC-yə istinadən xəbr verir ki, qərar çərşənbə günü yerli vaxtla saat 21:09-da (GMT 19:09) Yunanıstanın Amorgos və Santorini adaları arasında qeydə alınan 5,2 bal gücündə zəlzələdən sonra verilib ki, bu da son günlərin ən güclüsü olub. Zəlzələnin 5 km dərinlikdə baş verdiyi təxmin edilir.

Səlahiyyətlilər qərarın fövqəladə ehtiyacları həll etmək və nəticələrini idarə etmək üçün martın 3-dək qüvvədə olacağını bildiriblər.

Qeyd edək ki, artıq 11.000-dən çox insan Santorinini tərk edib, təxminən 7.000-i bərə, 4.000-i isə hava yolu ilə bölgəni tərk edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью