Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanılıb

28.03.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Yunanıstana qaçmağa çalışan PKK terrorçusu Türkiyənin Ədirnə şəhərində saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, terrorçu girişi qadağan olunmuş hərbi zonada əməliyyat zamanı saxlanılıb.

Məlumatda o da vurğulanıb ki, ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью