Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ankara ilə Afina arasında gərginliyin artdığı bir vaxtda Yunanıstanda 100 mindən çox şəxsə hərbi hakimiyyət orqanları tərəfindən “Xüsusi Yerləşdirmə Sənədləri”nin göndərilməsi cəmiyyətdə narahatlıq yaradıb.
Turkustan.az xəbər verir ki, bildirişlərin qısa müddətdə on minlərlə insana göndərilməsi və istifadə olunan ifadələr sosial mediada ölkədə səfərbərlik elan ediləcəyi ilə bağlı şayiələrə səbəb olub.
Yunanıstan Baş Qərargahı isə narahatlıqları aradan qaldırmaq üçün açıqlama yayaraq “müharibə yoxdur” mesajını verib. Hərbi hakimiyyət orqanları vətəndaşlara SMS vasitəsilə göndərilən bildirişlərin səfərbərlik çağırışı olmadığını açıqlayıb.
Bildirilib ki, sənədlərin göndərilməsində məqsəd ehtiyatda olan hərbçilərin ünvan və sağlamlıq məlumatlarını yeniləməkdir.
Aytən Yaşar/ Turkustan.az