Yunanıstanda 4 günlük matəm elan EDİLDİ

06.01.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yunanıstanda keçmiş baş nazir Simitisin vəfatı ilə əlaqədar 4 günlük matəm elan edilib.

News24.az xəbər verir ki, mərasim yanvarın 9-da yerli vaxtla saat 12:00-da keçiriləcək, protokolla "baş nazir vəzifəsini icra edərkən həyatını itirən şəxs" üçün tətbiq olunacaq.

Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək.

Onu da qeyd edək ki, bu gün dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri dövlət büdcəsindən qarşılanacaq.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью