Yunanıstanda ajiotaj yaradan müqavilə

20.12.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

Suriyada Əsəd rejiminin devrilməsindən sonra yeni hökumətlə Türkiyə arasında Eksklüziv İqtisadi Zona sazişinin imzalanması məsələsi Yunanıstan mətbuatında çaxnaşma yaradıb.

Publika.az xəbər verir ki, Türkiyə ilə Suriya arasında dəniz yurisdiksiyası müqaviləsi imzalanacaq.

Yunanıstanın “Tanea” qəzeti bu xəbəri “Ankaranın yeni tələsi” başlığı ilə oxucularına çatdırıb.

Xəbərdə yunan diplomatların bütün mümkün hallara hazırlaşdığı və tədbir görmək üçün işə başladığı iddia edilib.

Sözügedən müqavilənin hər iki ölkəyə böyük qazanclar gətirəcəyi gözlənilir.

Roza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью