Yunanıstanda ardıcıl zəlzələlər xeyli evə ziyan dəyib

08.06.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yunanıstanın Evia adasında ardıcıl zəlzələlər qeydə alınıb.

525.az xəbər verir ki, bu barədə Yunanıstanın Afina Geodinamik İnstitutu məlumat yayıb. Zəlzələlərin episentri Prokopiu bölgəsindən 5 kilometr cənub-qərbdə olub.

Yeraltı təkanlar yerli vaxtla saat 12:58-də 4.8, saat 13:00-da 4.3, saat 13:02-də isə 5.2 bal gücündə qeydə alınıb.

Yunanıstan Dövlət Televiziyası ERT-nin məlumatına görə, ard-arda baş verən zəlzələlər nəticəsində bölgədə torpaq sürüşmələri baş verib, bir çox evə ziyan dəyib, evlərdə böyük çatlar əmələ gəlib, bir binanın divarı tamamilə uçub. Binanın sakinləri sağ-salamat xilas ola biliblər.

Zəlzələlər nəticəsində ölən və yaralanan olmasa da, binalara ciddi ziyan dəydiyi üçün ekspert qruplarının bölgədə araşdırmalara başlayacağı qeyd olunub.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью