Yunanıstanda baş verən meşə yanğınları həyəcan vəziyyətini alıb

02.07.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Yunanıstanın müxtəlif bölgələrində baş verən yanğınlarla əlaqədar yanğınsöndürənlər həyəcan vəziyyətinə gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidməti açıqlama yayıb.

Məlumata görə, Saloniki şəhərinin 110 kilometrliyindəki Halkidikidə baş verən meşə yanğını çatmaq çətin olan şam meşəsinə keçib.

Mülki Müdafiə Baş Katibliyi bölgədəkilərin cib telefonlarına təcili kodlu mesaj göndərərək, Halkidikidəki Nikiti bölgəsinin boşaldılmasını tələb edib.

Ərazidəki düşərgə boşaldılıb və əraziyə gedən yollar nəqliyyatın hərəkəti üçün də bağlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью