Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

15.10.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Afina, 15 oktyabr, AZƏRTAC

Yunanıstanın Rodos adasında güclü leysan yağışlarının yaratdığı daşqın nəticəsində 62 yaşlı kişi həyatını itirib.

AZƏRTAC xəbər verir ki, “Kathimerini” qəzetinin məlumatına görə, əlverişsiz hava şəraiti Rodosla yanaşı, Evbeya və Skiatos adalarında da daşqınlara səbəb olub.

Bildirilir ki, bununla da bu ildə Yunanıstanda daşqınlarla əlaqəli ölüm hallarının sayı azı 4-ə çatıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью