Yunanıstanda fabrikdə partlayış 4 ölü

26.01.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yunanıstanın Trikala şəhərindəki biskvit fabrikində partlayış baş verib.

525.az xəbər verir ki, partlayışdan sonra baş verən yanğında 4 nəfər həlak olub.

Bu barədə Yunanıstan dövlət televiziyası ERT məlumat yayıb. Bildirilib ki, binada hələ də olduğu düşünülən bir nəfərin axtarışı davam edir.

Sağ qalan 7 nəfər Trikala Dövlət Xəstəxanasına aparılıb. Həmin şəxslərin sağlamlıq vəziyyətinin yaxşı olduğu qeyd olunub.

İsgəndər Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью