Yunanıstanda fermerlər etiraz aksiyası keçiriblər

13.02.2026

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yunanıstanda fermerlər traktorları ilə paytaxt Afinada etiraz aksiyası keçiriblər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, fermerlər dövlət subsidiyaları ilə bağlı korrupsiya araşdırmaları səbəbindən gecikən ödənişlərin verilməsini və istehsal xərclərini azaltmağa yönəlmiş dəyişikliklər tələb ediblər.

Məlumata görə, həftələrdir ölkənin müxtəlif bölgələrində yolları bağlayan fermerlər bu dəfə paytaxta gələrək aksiyanı davam etdiriblər

Etirazçılar Sintaqma meydanında toplaşaraq traktorlarını parlament binasının qarşısında parklayıblar. Aksiyaya ictimai və özəl sektor işçiləri, tələbələr və bir sıra qeyri-hökumət təşkilatları da dəstək verib.

Fermerlər artan istehsal xərcləri və aşağı məhsul qiymətlərinin onalar üçün problem yaratdığını bildiriblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью