Yunanıstanda güclü zəlzələ

04.11.2024

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yunanıstanda 5,3 bal gücündə zəlzələ baş verib.

Manset.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə əsasən, təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Yeraltı təkanların episentri əhalisi 354 min olan Saloniki şəhərindən 64 km cənub-şərqdə olub.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью