Yunanıstanda güclü zəlzələ baş verdi

22.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Yunanıstanın Krit adasının sahillərində 6.2 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 140 minə yaxın insanın yaşadığı Heraklion şəhərindən 74 km şimalda, zəlzələ ocağı 15 km dərinlikdə yerləşib.

İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi elan edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью