Yunanıstanda həyat dayandı: Minlərlə insan...

28.02.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Yunanıstanda iki il əvvəl baş vermiş və 57 nəfərin ölümünə səbəb olan qatar qəzasının ildönümüdür.

News24.az xəbər verir ki, paytaxt Afinada minlərlə insan ədalət tələbi üçün bir araya gəlib.

Ölkədə tətillər və etirazlar həyatı dayandırıb.

Afinada Sintaqma meydanına toplaşan fəallar "Ədalət istəyirik" kimi şüarlar səsləndirərək hökumətə reaksiya veriblər.

Eyni zamanda, tətil çərçivəsində reyslər, qatar reysləri ləğv edilib, bərə reysləri və ictimai nəqliyyatın hərəkəti əsaslı şəkildə dayandırılıb.

Ölkə daxilində və xaricdə 300-dən çox şəhərdə etiraz aksiyaları keçirilir.

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью