Yunanıstanda Heydər Əliyevə həsr olunmuş sərginin açılışı olub

11.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Yunanıstanın Saloniki şəhərində Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərginin açılışı olub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Afinadakı səfirliyinin sosial şəbəkə hesabında bildirilib.

“Səfirlik Saloniki şəhərində “Qala” Yunanıstan – Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn Ümummilli Lider Heydər Əliyevin anım mərasimini keçirib, Ulu Öndərə həsr olunan fotosərginin açılışını etmişdir”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın Xorvatiyadakı səfirliyi keçmiş prezidentin xatirəsini yad etmək məqsədilə tədbir keçirmişdi.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью