Yunanıstanda kafedə partlayış olub

25.11.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Yunanıstanın Nea Ionia şəhərində bir kafedə güclü partlayış baş verib.

525.az “Skai”yə istinadən xəbər verir ki, naməlum şəxslər kafeyə evdə hazırlanmış partlayıcı qurğu yerləşdiriblər.

Partlayış ərazidə böyük ziyana səbəb olub. Nəticədə ətrafdakı digər kafelərin də pəncərələri sınıb.

Hadisə yerinə Partlayıcı Maddələrin Zərərsizləşdirilməsi Bölməsindən bir qrup və yanğınsöndürənlər göndərilib.

Bildirilib ki, bu yaxınlarda kafenin sahibinə məxsus başqa bir müəssisəyə də partlayıcı qurğu yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmaya başlayıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью