Yunanıstanda məhbuslar qiyama qalxıb Həbsxana yandırılıb

02.07.2025

Icma.az, Mia.az saytına istinadən bildirir.

Yunanıstanın Volos şəhərində məhbuslar qiyama qalxıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əvvəlcə həbsxanadakı iki böyük qruplaşma üzvləri arasında böyük dava başlayıb.

Məlumata görə, daha sonra baş verən davaya müdaxilə edən nəzarətçilərlə toqquşma olub: "Nəticədə türmə yanğına verilib. Hadisə yerinə çevik qüvvələr yeridilib və qiyam yatırılıb. Bir neçə saat sürən müdaxilədən sonra isə yanğın da söndürülüb".

Məlumata əsasən, qarşıdurmada yaralananlar olub: "Onlar xəstəxanaya yerləşdiriliblər"

Tahir Şəlvəli
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью