Yunanıstanda meşə yanğını sənaye obyektlərinə keçdi

05.07.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yunanıstanın Saloniki şəhəri yaxınlığındakı Oraiokastro bölgəsində baş verən meşə yanğınının iki fabrikə yayıldığı bildirilib.

Turkustan.az xəbər verir ki, Yunanıstan Yanğından Mühafizə Xidməti alovların təkrar emal müəssisəsi və tekstil fabrikinə keçdiyini açıqlayıb.

DHA xəbər agentliyinin məlumatına görə, rəsmilər təkrar emal zavodundan yüksələn sıx tüstünün Salonikinin böyük hissəsini bürüdüyünü qeyd ediblər.

Səlahiyyətlilər sakinlərə pəncərələri bağlı saxlamağı, zərurət olmadıqda çölə çıxmamağı tövsiyə edərək, xüsusilə yaşlılar, uşaqlar və tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlərin ehtiyatlı olmasını istəyiblər.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью