Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yunanıstanın paytaxtı Afinanın qərbində və ölkənin digər bölgələrində şiddətli meşə yanğınları ilə mübarizə davam edir. Güclü külək yanğınsöndürmə işlərini xeyli çətinləşdirir.
XQ xəbər verir ki, Yunanıstanın dövlət televiziyası ERT-in məlumatına görə, Kandili, Luba və Morfeika kimi ərazilərin sakinləri 112 qaynar xətti vasitəsilə mobil telefonlarına göndərilən təcili xəbərdarlıqlardan sonra təhlükəsiz zonalara təxliyə ediliblər.
Ümumilikdə ölkə daxilində 73 aktiv meşə yanğını qeydə alınıb. Lamya şəhəri yaxınlığındakı yanğına 77 yanğınsöndürən, 19 texnika və 7 təyyarə cəlb olunub. Peyk məlumatlarına görə, indiyədək yanğınlar 5700 hektardan çox ərazini külə döndərib.