Yunanıstanda meşə yanğınlarına görə 5 kənd təxliyə olunub

27.06.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 iyun, AZƏRTAC

Afinanın 50 kilometrliyində başlayan meşə yanğınlarının miqyası genişlənir.

AZƏRTAC “Ekathimerini” saytına istinadla xəbər verir ki, yanğınla əlaqədar 5 kənd boşaldılıb. İsti və quru hava alovun ram edilməsini çətinləşdirir. Yanğının söndürülməsinə yüzdən çox şəxsi heyət və aviasiya cəlb olunub.

Kəndlərdən birinin bələdiyyə sədri bildirib ki, yanğına yüksək gərginlikli elektrik xəttində yaranan qığılcım səbəb olub.

Qeyd edək ki, ötən il meşə yanğınları nəticəsində Yunanıstanda 45 min hektardan çox ərazi məhv olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью