Yunanıstanda miqrant qayığı gəmi ilə toqquşub, 15 nəfər ölüb

04.02.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Egey dənizində, Yunanıstanın Xios adası yaxınlığında miqrantları daşıyan qayıq Sahil Mühafizənin gəmisi ilə toqquşub.

APA xəbər verir ki, bu barədə Yunanıstan Sahil Mühafizəsi məlumat yayıb.

Qeyd olunub ki, qayıqda azı 40 miqrant olub. Hadisə nəticəsində 15 miqrant ölüb, 25-i isə xilas edilib.

Məlumata görə, xilas edilənlərin əksəriyyəti Əfqanıstan vətəndaşlarıdır, onlar xəstəxanaya yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью