Yunanıstanda Mitsotakis Netanyahu görüşünə etiraz: “Təhlükəli qucaqlaşma”

26.09.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Nyu-Yorkda keçirilən görüş Afinada tənqidlə qarşılanıb.

Turkustan.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.

Yunanıstan mediası və müxalifəti Mitsotakisin İsrail hökuməti ilə münasibətlərini tənqid edib. Müxalifət nümayəndələri İsrail hökuməti ilə yaxınlaşmanın Yunanıstanın maraqlarına zərər verə biləcəyini iddia ediblər.

Yunanıstan mediasında isə görüşdən sonra hökumətin İsrail siyasətinə dair tənqidi materiallar yayımlanıb. Bəzi media orqanları Mitsotakisin xarici siyasət seçimlərinin ölkəni çətin vəziyyətə sala biləcəyini iddia edib.

Yunanıstanın müdafiə saytı Militaire isə Mitsotakis və Netanyahu arasında keçirilən görüşü “Təhlükəli qucaqlaşma” başlığı ilə təqdim edib.

Militaire yazısında “Dünya bizi kənarlaşdırır, biz isə qucaqlayırıq” ifadəsindən istifadə olunub. Yazıda Mitsotakisin Netanyahu ilə görüşən yeganə Avropa lideri olduğu iddia edilib və İsrail Baş nazirinin beynəlxalq səviyyədə getdikcə təcrid olunduğu bildirilib.

Nəşr Mitsotakisin İsraillə yaxınlaşmasının Yunanıstanın xarici siyasətinə təsiri ilə bağlı sual da ortaya qoyub: “Yunanıstanın Baş naziri bundan sonra beynəlxalq hüquqa istinad edə biləcəkmi?”

Məqalədə Netanyahu Qərb Şəriyəsində “soyqırım və ağır zorakılıq” törətməkdə ittiham olunub. Nəşr həmçinin İsraillə yaxın münasibətlərin Yunanıstan üçün faydalı olub-olmadığını sorğulayaraq, “İsrailin Yunanıstana dəstəyi zəruridirmi? Bu, zərərlidir” fikrini irəli sürüb.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью