Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Yunanıstanın Afon dağında yerləşən Vatopedi monastırının ərazisindəki qədim quyuda müqəddəs piyalələr tapılıb. Arxeoloji və dini baxımdan maraq doğuran bu tapıntı monastırın çoxəsrlik tarixi ilə bağlı diqqəti cəlb edib.
Aşkarlanan əşyalar xristian dini mərasimlərində istifadə olunan müqəddəs piyalələrdir. Tapıntının monastırın dini ənənələrinin və tarixi irsinin öyrənilməsi baxımından əhəmiyyət daşıdığı bildirilir.
Qeyd edək ki, Afon yarımadasında yerləşən Vatopedi monastırı Yunanıstanın ən qədim və nüfuzlu pravoslav dini mərkəzlərindən biri hesab olunur.
S.Rzayeva
XQ