Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son həftələrdə Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın daha bir adası- Niyozda da fövqəladə vəziyyət elan olunub.
Modern.az xəbər verir ki, Yunanıstan tərəfindən verilən açıqlamada adada bu rejimin martın 14-dək davam edəcəyi, təlim-tədris sisteminə isə fevralın 17-dək ara verildiyi bildirilir.
Qeyd edək ki, son iki həftə ərzində Yunanıstanın Yamurqi, Anafiya və Santorini adalarında da fövqəladə hal elan edilmişdi.