Yunanıstandakı matçı Halil Umut Meler idarə edəcək

23.04.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

Yunanıstan Super Liqasının Çempionatında çempionluğunu elan edən AEK və Olimpiakos komandaları 27 aprel bazar günü saat 20:00-da üz-üzə gələcək.

News24.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyası AEK - Olimpiakos matçına sürpriz hakim təyin edib.

Bu nəhəng görüşü FİFA-lı türkiyəli referi Halil Umut Melerin idarə edəcəyi açıqlanıb.

Bu qərarla türkiyəli hakim Yunanıstan Super Liqası tarixində ilk dəfə bir matç idarə edəcək.

Digər tərəfdən, Melere İbrahim Çağlar Uyarcan və Abdullah Bora Özkara köməklik edəcək. Dördüncü hakim funksiyasını Yunanıstan Futbol Federasiyasından olan hakim Tasos Papapetru yerinə yetirəcək.

Onur Özütoprakın VAR-da, Koumbarakis və Sidiropoulosun isə AVAR-da vəzifə yerinə yetirəcəyi bildirilib.

Səma

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью