Yunanıstandan gərginlik yaradan addım: Türkiyə dərhal müdaxilə etdi

03.02.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus korvet gəmisi Yunanıstanın Krit adasının 13 kilometr şimalında (Egey dənizi) həyata keçirilən kabel çəkilişi əməliyyatlarına müdaxilə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Akşam” qəzeti məlumat yayıb.

Məlumata görə, baş verənlərlə bağlı Yunanıstan tərəfinə xəbərdarlıq edilib.

“Araşdırmaları dayandırın, bura sizin əraziniz deyil”, - yunanlara ünvanlanan xəbərdarlıqda bildirilib.

Nəşr yazır ki, Yunanıstan sürətlə bölgəyə döyüş gəmiləri və sahil mühafizə avadanlıqları göndərib. Ankaranın bu addımı Afinada ciddi təşviş yaradıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью