Yunanıstanın ana müxalifət partiyasında böhran: 4 deputat…

11.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Yunanıstanın ana müxalifət partiyası Radikal Sol Alyansın (“SYRIZA”) 4 deputatı istefa verib.

"Cebheinfo.az" xəbər verir ki, Yunanıstanın Dövlət Televiziyası ERT-nin xəbərinə görə, “SYRIZA”-dan 4 millət vəkilinin partiya lideri Stefanos Kaselakis ilə fikir ayrılığına görə istefa verməsi ilə Alyansın parlamentdəki yerlərinin sayı 31-ə düşüb.

Yunanıstan parlamentində toplam 300 mandatda 156 deputatla təmsil olunan hakim Yeni Demokratiya partiyasından sonra ikinci yerdə “SYRIZA” 35 deputatla təmsil olunurdu.

Parlamentdə 31 mandatı olan “PASOK” (Ümumyunan Sosialist Hərəkatı) mandat sayına görə üçüncü partiya idi. İstefalardan sonra “PASOK” və “SYRIZA” deputatlarının sayı bərabərləşib.

2023-cü ilin iyununda keçirilən ümumi seçkilərdə 47 deputatla parlamentdə təmsil olunmaq hüququ qazanan “SYRIZA”, 2023-cü ildə 11 deputatın partiyadan istefa verməsi nəticəsində 36-ya, iyulda 1 deputatın “SYRIZA”-dan çıxarılması ilə bu rəqəm 35-ə düşmüşdü.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью