Yunanıstanın Baş naziri Türkiyəyə səfər edəcək

01.05.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis may ayında Türkiyəyə səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə yunan diplomatik mənbələri məlumat yayıb.

Bildirilib ki, Mitsotakis burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. 

Bildirilib ki, səfərin dəqiq vaxtı açıqlanmayıb.

Qeyd olunub ki, Ərdoğan-Mitsotakis görüşündən əvvəl Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritisin də Türkiyəyə səfəri planlaşdırılır.

Məlumata görə, Gerapetritis NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşlərində iştirak etmək üçün mayın 13-14-də Türkiyəyə səfər edəcək və burada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcək.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью