Yunanıstanın baş nazirinin Beyruta səfəri təxirə salınıb

06.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin Livanın paytaxtı Beyruta bu gün planlaşdırılan səfəri təxirə salınıb.

Bakıvaxtı.az Afina-Makedoniya Xəbər Agentliyinə (AMNA) istinadən xəbər verir ki, baş nazirin bu gün Beyruta planlaşdırdığı səfərdə istifadə edəcəyi təyyarədə texniki nasazlıq olub.

Bu səbəbdən uçuş ləğv olunub. Səfərin hansı tarixə müəyyənləşdirildiyi açıqlanmayıb.

Gülşən Şərif
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью