Yunanıstanın Rusiya silahlarını Ermənistana verməsinə Moskvadan reaksiya

27.11.2024

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yunanıstan tərəfdən bu barədə heç bir müraciət olmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yunanıstanın Rusiya silahlarını Ermənistana təhvil verməsi məsələsini şərh edərkən deyib.

“Moskva Afinaya tədarük edilən Rusiya silahlarının Rusiya Federasiyasının razılığı olmadan təkrar ixracını qadağan edən ikitərəfli sazişləri xatırladır”, – Rusiya XİN nümayəndəsi deyib.

Qeyd edək ki, Yunanıstanın Ermənistana S-300 hava hücumundan müdafiə sistemi və Rusiya istehsalı olan TOR-M1 və Osa-AKM zenit sistemlərini təhvil vermək niyyəti ilə bağlı mətbuatda xəbərlər yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью