Yunanlar “Axilles müdafiəsi” qurur

02.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Yunanıstan çoxillik müdafiə planı çərçivəsində 25 milyard avro xərcləməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kiriakos Miçotakis parlamentdə çıxış edərkən deyib.

O bildirib ki, bu addım Afinanın 2009-2018-ci illərdə uzunmüddətli qənaət rejiminə səbəb olan borc böhranından çıxma dövründə silahlı qüvvələrini modernləşdirmək səylərinin bir hissəsidir.

Plan 2036-cı ilə qədər davam edəcək və yeni sualtı qayıqların, yeni hava, dəniz və sualtı PUA-ların və rabitə peykinin alınmasını əhatə edəcək. Pulun bir hissəsi “Axilles Qalxan”ı adlanan zenit və dron qübbəsinin hazırlanmasına sərf olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью