Yunanlar qrup lideri oldu

02.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan-Niderland qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, oyunun ilk yarısında üstünlüyü tamamilə ələ alan ev sahibləri 23-cü dəqiqədə Fotis İoannidisin qolu ilə hesabı açıblar.

Fasiləyə az qalmış, 45+1-ci dəqiqədə Giorgos Masouras fərqi iki topa çatdıraraq yunanları rahat mövqeyə çıxarıb. Sezar pizza

İkinci hissədə daha əzimkar oyun nümayiş etdirən Niderland millisi 59-cu dəqiqədə komanda kapitanı Vircil van Deykin kəllə zərbəsi ilə fərqi azaldıb. Matçın sonlarına doğru təzyiqi artıran "narıncılar" 89-cu dəqiqədə Ticcani Reycndersin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirməyi bacarıblar.

Meydandan 2:2 hesablı heç-heçə ilə ayrılan Yunanıstan milli komandası qazandığı xalla Almaniya və Hollandiyanın olduğu qrupda 7 xalla vahid liderdir.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью