Yunayted Almaniya millisinin üzvü üçün 70 milyonu gözdən çıxarıb

20.04.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Yunayted” yayda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” “Borussiya Dortmund”un hücumçusu Karim Adeyemini yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.

Bu barədə “The Sun” nəşri məlumat yayıb.

İngiltərə klubu 24 yaşlı cinah oyunçusunu 2026-cı ilin yay transfer dövrü üçün əsas hədəflərdən biri kimi müəyyənləşdirib.

Bundesliqa təmsilçisi Adeyemini təxminən 65–70 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, Almaniya millisinin üzvünün “Dortmund”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Super Liqa klubunda yeni təyinat "Sportinq"in futbolçusu A Seriyasında çıxış edə bilər Hansı oyun, hansı kanalda? - TV AFİŞA “Yunayted”in yarımmüdafiə üçün yeni planı “Liverpul” İngiltərə millisinin üzvü ilə maraqlanır
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью