Yunayted Brahim Diazla maraqlanır

23.01.2025

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mançester Yunayted" heyətini gücləndirmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Fichajes" portalına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” "Real"In hücumameyilli yarımmüdafiəçisi Brahim Diazla maraqlanır.

Mənbənin məlumatına görə, İngiltərə Premyer Liqa klubu 25 yaşlı Diaz üçün təklif hazırlayır.

Konkret rəqəmlər açıqlanmyıb.

"Transfermarkt" portalının ekspertləri Brahim Diazı 35 milyon avro qiymətləndirirlər.

Futbolçunun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью