Yunayted dən 75 milyon avroluq transfer RƏSMİ

22.07.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Mançester Yunayted” hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" "Brentford" forması geyinən Brayan Mbemonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, "Yunayted" bu keçid üçün qarşı tərəfə 75 milyon avro ödəyəcək. 25 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.

Kamerun millisinin üzvü yeni komandasında 19 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, “Mançester Yunayted” bundan əvvəl “Vulverhempton”dan Mateus Kunyanı 74,2 milyon avroya transfer etmişdi.

Arda Turan keçmiş yetirməsini “Şaxtyor”a gətirir? Palmer "Mançester Siti"nin hədəfində: SONRAKI PEŞMANÇILIQ FAYDA VERƏCƏK? "Arsenal" yeni səfər formasını ictimaiyyətə təqdim edib "Beşiktaş"ın yeni transfer hədəfi: "Milan"ın müdafiəçisi “Napoli” niderlandlı futbolçu ilə güclənib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью