“Yunayted” ingiltərəli forvardı transfer etmək istəyir

04.04.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Yunayted” yayda hücum xəttini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, komanda “İpsviç”in forvardı Liam Delapı transfer etmək isyətir.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” artıq futbolçunun komandası ilə görüşmələr keçirib.

22 yaşlı ingiltərəli ilə “Yunayted”dən başqa, “Çelsi”, “Nyukasl Yunayted” və “Tottenhem” klubları yaxından maraqlanır.

Qeyd edək ki, Delap bu mövsüm “İpsviç”in heyətində çıxış etdiyi 32 rəsmi matçda 11 qol, 2 assistlə yadda qalıb. Onun Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2029-cu ildə başa çatacaq.

İngiltərə 2035-ci ildə dünya çempionatına ev sahibliyi edəcək "Atletiko Madrid" Premyer Liqanın ulduz müdafiəçisi ilə danışıqlara başlayıb "Bavariya" braziliyalı cinah oyunçusu ilə maraqlanır “Fənərbaxça” Okan Buruk haqqında bəyanat yayıb “Beşiktaş”ın prezidenti CƏZALANDIRILDI
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью