“Yunayted” İsveç millisinin forvardını istəyir

21.05.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Yunayted" yayda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, komanda "Sportinq"də çıxış edən Viktor Qyökereş ilə yaxından maraqlanır.

Bu barədə "Lequipe" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" hücumçunu transfer edə bilmək üçün Portuqaliya təmsilçisi ilə danışıqlara başlayan ilk Avropa klubu olub.

Xatırladaq ki, 26 yaşlı hücumçu "Sportinq"ə 2023-cü ildə Çempionşip komandalarından "Koventri Siti"dən 24 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, İsveç millisinin üzvü bu mövsüm komandasının heyətində 51 rəsmi matçda 53 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

"Mançester Yunayted" Türkiyə millisinin üzvü ilə yolları ayırır Vaskes "Real"dan ayrılır "Qalatasaray"la "Yuventus" arasında Osimhen savaşı – 65 milyonluq transfer "Real"ın futbolçusu əməliyyat olunacaq Ronaldo Portuqaliya millisinə çağırılıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью