“Yunayted” Kamerun millisinin üzvünü istəyir

27.05.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

"Brentford"un futbolçusu Brian Mbemo İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted" kamerunlu vingeri transfer etmək istəyir. 

Bu barədə yerli mətbuat məluumat yayıb.

"Qırmızı şeytanlar" Mbemo üçün "Brentford"la danışıqlara başlayıb. Klub 25 yaşlı oyunçu üçün 60 milyon avro tələb edir.

Xatırladaq ki, "Brentford" Brian Mbemonu 2019-cu ilin yayında "Trua"dan transfer edib.

Kamerun millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 20 qol, 9 məhsuldar ötürmə  ilə yadda qallıb.

La Liqa klubunun üzvü komandanı tərk edəcək Levandovski Puşkaşın rekordunu qırıb Okan Buruk "Qalatasaray"dan ayrılacaq oyunçuları açıqladı Ten Haq "Bayer"də - Rəsmi Günün oyunları bu kanallarda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью