Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mançester Yunayted” Kolumbiyanın yüksək liqa təmsilçisi “Fortalesa”dan gənc yarımmüdafiəçi Kristian Oroskonun transferini yekunlaşdırıb.
Futbolpress.az xəbər verir ki, “Roxo” akademiyasının yetirməsi olan 18 yaşlı futbolçu ötən mövsüm “Fortalesa”nın əsas heyətində 5 matçda meydana çıxıb, həmçinin Kolumbiyanın U-17 yığmasına müntəzəm dəvət alıb.
İngiltərədə adaptasiya dövrünün ilk mərhələsində gənc yarımmüdafiəçi “qırmızı şeytanlar”ın akademiyasında məşq edəcək. Mançester təmsilçisi gənc oyunçunun yerli mühitə və ingilis futbolunun tələblərinə rahat uyğunlaşması, daha sonra isə əsas komandaya cəlb olunması üçün bütün şəraitləri təmin edəcək.