“Yunayted”dən erkən vida, “Aston Villa” növbəti mərhələdə

17.09.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

İngiltərə EFL Kubokunda III turun matçları keçirilib.

Apasport.az xəbər verir ki, növbəti oyun günündə dörd matç keçirilib.

"Everton" "Vulverhempton"la qarşılaşıb. Görüş Liverpul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

"Flitvud" "Şefild Yunayted"lə üz-üzə gəlib. Matç Lankaşir klubunun minimal hesablı qalibiyyəti ilə nəticələnib. 

"Koventri" isə "Aston Villa"nı qəbul edib. Qonaqlar 3:1 hesabı ilə növbəti mərhələyə yüksəlib.

Günün mərkəzi oyunu Mançesterdə keçirilib. "Yunayted" "Brayton"u qonaq edib. Qarşılaşma meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 2:3.

“Fənərbaxça” turu 1 xalla başa vurub “Qalatasaray”dan minimal hesablı qələbə “Trabzonspor” Konyadan məğlub qayıdır Messi qol ötürməsi etdi, komandası 1 xal qazandı Xetafedə qollu bərabərlik
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью